5
(055) 411 33 13

Sifariş qaydası

 

"OnlaynAptek" - ehtiyac duyduğunuz dərman preparatını qısa müddət ərzində sizin heç bir məsafə qət etmədən, ünvanınıza çatdırılmasını təmin edəcəkdir.

  • Sifarişi, məhsulların kataloqu bölməsinədə yerləşdirilmiş - Dərmanlar, Ana və uşaq, Kosmetika, Vitaminlər və qida məhsulları, Optika bölümlərindən seçə bilərsiniz.
  • Bölüm üzrə seçim etdikdə müvafiq səhifədə həmin kateqoriya üzrə məhsulları görə bilərsiniz.

Sifariş aşağıdakı qaydada aparılır:

  • Dərman preparatlarını və ya digər məhsulları sifariş etmək üçün - Səhifənin yuxarı sağ hissəsində "Giriş və qeydiyyat" bölümünə e-poçt ünvanınızı, şifrənizi daxil etməklə və ya yeni qeydiyyatdan keçməklə şəxsi kabinetinizə daxil olun. 
  • Saytda qeydiyyatdan keçdikdən sonra istənilən məhsulu səbətə atmaqla, sifarişinizi verə bilərsiniz. 
  • Sifarişlər qısa müddətdə qeydiyyata alındıqdan sonra sizinlə əlaqə saxlanılacaq və  lazımi məlumatlar dəqiqləşdirildikdən sonra sifarişiniz qısa müddət ərzində çatdırılacaqdır. 
  • Seçdiyiniz, həmçinin sifarış etdiyiniz məhsulların tarixcəsini daima şəxsi kabinetinizdə rahatlıqla görə biləcəksiniz.  

Çatdırılma

  • Çatdırılmanı ünvanınıza, həmçinin Sizə uyğun məkana etməklə dərman təchizatınızı təmin edəcəyik.
  • Seçilmiş məhsulların, Azərbaycanda qeydiyyatdan keçmiş dərmanların Sizlərə çatdırılması qeyd olunan saatlarda həyata keçirilir. 14:00 qədər olan sifarışlər Sizə nahardan sonra, 14:00-dan sonra daxil olan sifarişlər isə gün sonuna (22:00 kimi) və ya növbəti gün 14:00-a qədər çatdırılması təmin olunacaqdır. 
  • Minimal sifariş məbləği 10 AZN.
  • Çatdırılma haqqı 3 azn təşkil edir.

Ödəniş qaydası

  • Onlaynaptek saytından etdiyiniz sifarişin məbləği və çatdırılma haqqı sifarışın məbləğindən asılı olmayaraq + 3 azn qapıda, kuryer sifarişi çatdırdığı zaman edilir. 
  • Bu zaman kuryer sizə kassa çeki təqdim edir. Və sifarişiniz çatdırılmış hesab edilir. 

Məqsədimiz - Sizlərin rahatlığını düşünərək, yüksək keyfiyyətli xidmət göstərmək, ehtiyac duyduğunuz məhsulları Sizlərə təqdim etməkdir.   

Qeyd:

  • Bütün dərman preparatları Elite Aptek tərəfindən təqdim olunur.
  • Məhsul və dərman preparatlarının çatdırılması yalnız Bakı şəhəri daxilində təmin edilir.

Sayt həmçinin tibbi portal kimidə fəaliyyət göstərir, Siz www.doctortap.az portalında "Online konsultasiya" bölümündə, seçdiyiniz həkimə istənilən tibbi sual verə, həkim qəbuluna sizə uyğun vaxtda yazıla bilərsiniz.

 

ONLAYNAPTEKDOCTORTAP Sizlərə hər zaman yüksək keyfiyyətli tibbi xidmət göstərməkdən məmnundur. 

Bizim xidmətimizdən istifadə etdiyiniz üçün təşəkkürümüzü bildiririk.

BİZƏ ZƏNG EDİN