8
(055) 411 33 13

Gözlərimizi qoruyaq!

İnsan orqanizminə normal inkişaf üçün vitaminlər gərəkdir. Onların arasında elələridə var ki, çatışmamazlığı gözlərimizə təsir edir.

Məsələn, vitamin A çatışmamazlığı alatoranlıq havada görməni zəiflədir. Yaxşı görmə üçün B və C vitaminləridə vacibdir. Bu vitaminlər bir çox xəstəliklərin yaranma riskini azaldır, məsələn katarakta, qlaukoma. Əgər bu xəstəliklər artıq varsa, o zaman onların inkişafını zəiflədir.

Gözün normal funksiyası və lazımi vitaminlərin qəbulu üçün birinci qidalanmaya fikir vermək gərəkdir. Bir neçə vitaminlər isidildikdə məhv olur (B2 və C). Bunun üçün onları daşıyan tərəvəzləri qaynatmaq lazım deyil. Lazımi vitaminləri dərman şəklindədə qəbul etmək mümkündür.  Ancaq bu həkimlə konsultasiyadan sonra olmalıdır.

Vitamin A. Retinanın normal işləməsi üçün vacibdir. Kataraktanın yaranmasına maneə olur. Çatışmayanda görmə zəifləyir, qızartı və şişmə olur. A vitamini yumurtada, balıq və kərə yağında, kökdə və sarə qida məhsullarında çoxdur.

Vitamin C. Kapilyarları bərkidir. Kataraktanın yaranmasının qarşısını alır, qlaukoma zamanı effektivdir. Çatışmayanda gözlərdə qan sızması və yorğunluq olur. Kələm, kartoşka, qırmızı və göy bibər, alma və digər məhsullarda olur.

Vitamin P (bioflavanoid). Kapilyarları bərkidir. Çatışmamazlığı gözlərdə qan sızması ilə nəticələnir. Gilas, göy noxud, apelsin, limon, çiyələk və digər məhsullarda olur.

Vitamin В2 (riboflavin). Normal görmə üçün vacib rol oynayır. Çatışmayanda göz yaşartıları, katarakta mümkündür. Böyrək, ürək və balıq məhsullarında olur.

Vitamin B6. Təbii trankvilizator. Kələmdə, qarğdalı və balıq yağlarında çoxdur.

Yuxarıdakılardan əlavə B12 və E vitaminləridə göz üçün faydalıdır.

 

BİZƏ ZƏNG EDİN